UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsindən təxirə salınan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Drita”nın iki futbolçusunda koronavirus aşkarlandığı üçün baş tutmayan görüş keçirilməyəcək.
1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə “Linfild” növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, “Linfild” ÇL-in 1-ci təsnifat mərhələsində “Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.
Ronaldo, Messi, Ramos...
Xabi "yeni Kroos" tapdı
Konte şikayətləndi
"Döyüşkən komandaya qarşı oynadıq" - Valdas Dambrauskas
"Sabah" "Qəbələ"ni belə məğlub etdi - Video
"Oyunumuz var, nəticə mütləq gələcək" - Kaxaber Sxadadze
“Traktor”dan ÇL-də növbəti qələbə
"Sabah" "Qəbələ"yə qalib gəldi
Pioli "Fiorentina"dan göndərilir
Sadıq Sadıqov istefa verdi