“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Ağdam klubunun mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə çempionluq təəssüratllarını bölüşüb.
- 8-ci uğurumuzu qeyd etdik. 7 il ard-arda çempion olduq. Bu, Azərbaycanda ilkdir. “Qarabağ” Azərbaycan üçün çox böyük uğurlara imza atıb. Biz Avropanın qəlbi İsveçrədən əvvəl Çempionlar Liqasının himnini Azərbaycanda eşitdik. Bu, çox qürurverici hadisədir. Qeyri-adi vəziyyətdə yaşayırıq. 8 xallıq fərqi nəzərə alanda hesab edirik ki, “Qarabağ” bu medalı almağa layiq idi.
- COVID-19 bütün sahələrə ziyan vurub. “Qarabağ”dakı durum necədir? Büdcədə azalma gözlənilmir ki?
- Bunu hələ müzakirə etməmişik. Koronavirusun bütün dünyada iqtisadi təsirləri oldu. Bu, büdcəmizə də təsir edəcək. Amma biz “Qarabağ”ın adını və bu klubun mənəvi cəhətdən Azərbaycan üçün hansı rolu oynadığının fərqindəyik. Amma yenə Azərbaycanda çempionluğa oynayıb, xaricdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. Önümüzdəki 1 ay ərzində müzakirələrimiz olacaq. İnşallah, gələn il üçün necə “Qarabağ” formalaşdıracağımızı biləcəyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Bütün şəraitlərdə Azərbaycanı layiqincə təmsil edən klub olmasını istəyirik.
- Rəşad Sadıqov karyerasını bitirir. Siz onun dəyəri barədə nə deyə bilərsiz? Bundan sonra hansı ampluada olmasını məqsədə uyğun görürsünüz?
- Rəşad Sadıqov “Qarabağ”ın bel sütunudur. O, klubumuzun ayrılmaz hissəsidir. Bu mənim şəxsi arzumdur ki, o, yenidən bizimlə olsun. Biz peşəkar klubuq, baş məşqçimizlə müzakirə etməliyik. Mən inanıram ki, Qurban Qurbanov da buna müsbət baxacaq. Onunla müzakirələr aparacağıq. Rəşadı texniki heyətdə görməyi arzulayardım. Həm təcrübəsi var, həm klubun siyasətini bilir. O, “Qarabağ” üçün çox lazımlı bir beyin, taktika ustası ola bilər. Qurban hocanın qərarı olacaq (futbolpress.az).
“Qarabağ” "Şkendiya"ya qalib gəldi
“Portu”nun sabiq kapitanı vəfat etdi
"Liverpul"un yetirməsi rəsmən "Lion"da
Gürcüstan millisinin oyunçusu "Udineze"yə keçdi
“Qarabağ” “Şkendiya” ilə oyuna bu heyətlə çıxacaq
"Turan Tovuz" Türkiyədə sonuncu oyunu keçirdi
"Səbail" yeni transferini rəsmiləşdirdi
İngiltərə nəhəngləri PSJ-nin hücumçusunu istəyirlər
Türkiyə Superliqasının 3 oyunu təxirə salındı
“Qəbələ” növbəti transferini açıqladı
"Kəpəz" sabiq futbolçusunu transfer etdi - Rəsmi
Tomas Parti 5 zorlamada ittiham olunur
"Mançester Yunayted" onun üçün 85 milyon avro təklif etdi
Luka Yoviç bu kluba keçdi - Rəsmi
Namik Ələskərovun yeni klubu müəyyənləşdi
"Qəbələ" iki futbolçu ilə müqaviləni uzatdı
"Şkendiya" - "Qarabağ" matçı bu kanalda
Tətbiqimizi yüklə, xəbərlər telefonuna gəlsin!
"Qarabağ" düşərgəsindən yaxşı xəbər var
“Sabah” - "Levski" oyununun biletləri satışda
Sabiq "Qalatasaray"lı İraq klubunda
"Omoniya" Bakıda azarkeşsiz qalacaq
"Şkendiya" - "Qarabağ": kimi nə qədər azarkeş dəstəkləyəcək?
"Karvan"da yeni müqavilə
Xabi Alonsodan kapitanla bağlı sərt qərar
Ter Ştegen cəzalandırıla bilər
Qonsalu Qedeş yenidən La Liqada
"Araz-Naxçıvan" braziliyalı oyunçu transfer etdi
Çempionlar Liqasında 3-cü mərhələ başlayır
Futbolçu klubu özbaşına tərk etdi, ölkəsinə qayıtmadı
Neymar dubl etdi, "Santos" qalib gəldi
“Levski”nin lideri “Sabah”la oyunu buraxacaq
Hüseynovun komandasından darmadağın
“Qarabağ” Skopyedə məşqə çıxdı - Şəkillər
Abdullazadənin Xorvatiya çempionatında debütu baş tutmadı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" - “Şkendiya” oyununun biletləri satışa çıxarılır
Bir gündə iki müqavilə
"Şamaxı"dan 10-cu transfer
“Şkendiya" çox istəkli və bərk komandadır” - Qurban Qurbanov
"Barselona"dan 5 cavabsız qol - Video
"Qalatasaray"ın futbolçusu Fransa klubuna keçdi