AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılıb.
Qol.az xəbər verir ki, mövsümün qalibi hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Buna əsasən, ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayan “Qarabağ” Azərbaycan çempionu elan edilib.
Bununla da “Qarabağ” çempionluq sayına görə “Neftçi”yə çatıb. Hazırda hər iki klubun ehtiyatında 8 dəfə Azərbaycan çempionluğu var.
“Neftçi” 1992, 1995–96, 1996–97, 2003–04, 2004–05, 2010–11, 2011–12, 2012–13 mövsümündə birinci yeri tutub. “Qarabağ” isə 1993, 2013–14, 2014–15, 2015–16, 2016-17, 2017-18, 2018-19 və 2019-20 mövsümü üçün Azərbaycan milli çempionatının qalibi olub. Bu, eyni zamanda Qurban Qurbanovun rəhbərliyi ilə “Qarabağ”ın ardıcıl 7-ci çempionluğudur.
PSJ Dembeleni itirdi
Kimmix ÇL-də 100-ə çatdı
Mbappedən penalti qərarı - Hamısını özü vuracaq
“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq"
"Real";n rəhbərliyi Vinisiusun davranışlarından narahatdır
"Xankəndi"nin qələbəsindən - Video
Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi
İslam Oyunlarında iştirak edəcək güləşçilər müəyyənləşdi
“Qalatasaray” "Ayaks"la matça itki ilə çıxacaq
“Tofiq Bəhramov”da güclü yağış altında məşq - Video
Azərbaycan futzal millisi İslamiadaya qələbə ilə start verdi
“Beşli müdafiə ilə oynamağı xoşlamıram”
“İnter”lə oyun özümüzü göstərmək üçün böyük şansdır”
Qurban Qurbanov "Çelsi" ilə oyun haqda