UEFA-nın Çempionlar Liqası ilə bağlı planı

UEFA-nın Çempionlar Liqası ilə bağlı planı
DÜNYA FUTBOLU 10 İyun 2020 / 13:40 2877
-  A +

UEFA-nın Çempionlar Liqası ilə bağlı növbəti planı müəyyənləşib.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi 1/8 final mərhələsinin cavab matçlarını  avqustun 8-9-da keçirməyi planlaşdırır.

Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacağı gözlənilir. Oyunların "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"