Fərid Nəbiyev çex dilində müsahibə verdi - Video

Fərid Nəbiyev çex dilində müsahibə verdi - Video
VİDEO 9 İyun 2020 / 18:10 2876
-  A +

Çexiyanın "Viktoriya Jijkov" klubunda çıxış edən Fərid Nəbiyev çex dilini öyrənir.

Qol.az xəbər verir ki, klubun əcnəbi futbolçular üçün təşkil etdiyi dərslərdə iştirak edən U-21 millimizin yarımmüdafiəçisi artıq müəyyən qədər danışmağı bacarır.

O, klubun mətbuat xidmətinə son açıqlamasında da çex dilində danışıb. 20 yaşlı futbolçu ötən tur vurduğu qolu şərh edərkən danışarkən gözəl ötürmə aldığını və onu dəqiqliklə bitirdiyini deyib. “Hansı mövqedə oynamaq sənə daha rahatdır" sualınını cavabında isə Fərid, hücumun sol cinahını bildirib. O həmçinin, növbəti matçda da qol vurmağa çalışacağını qeyd edib.



Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə