"Fənərbaxça" da məşqləri bərpa etdi

"Fənərbaxça" da məşqləri bərpa etdi
DÜNYA FUTBOLU 4 May 2020 / 16:07 1364
-  A +

"Fənərbaxça" koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları 45 günlük fasilədən sonra bu gün klubun bazasında yüngül məşq ediblər.

Onların fərqli soyunub-geyinmə otaqlarından yararlandıqları və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəldiyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Superliqa təmsilçilərindən “Beşiktaş”, "Denizlispor", “Göztəpə”, “Kasımpaşa” və “Qaziantep” də məşqlərə başlayıb.



Son xəbərlər