Federasiya prezidentində koronavirus aşkarlandı

Federasiya prezidentində koronavirus aşkarlandı
DÜNYA FUTBOLU 15 Mart 2020 / 22:40 2337
-  A +

İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blankda koronavirus aşkarlanıb.
 
Qol.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
70 yaşlı futbol funksionerinin boğaz ağrısı və öskürəklə bağlı şikayətlərinə görə həkim müayinəsindən keçdiyi və bu zaman onun koronavirusa yoluxduğunun məlum oduğu bildirilib.
 
Federasiyanın digər işçiləri də nəzarətə götürülüb.
 
Xatırladaq ki, ötən gün Serbiya Futbol Federasiyasının prezidenti Slaviş Kokezada koronavirus aşkarlanmışdı. Kokeza və Blank mart ayının əvvəlində Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA-nın 44-cü konqresində iştirak etmişdi.

Son xəbərlər
24.05.24  18:09

Lukman 1-ci oldu