"Çətin olacağını bilirdik. Çünki rəqibi analiz etmişdik. Futbolçulara bütün tapşırıqları vermişdik, amma sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi".
Qol.az xəbər verir ki, bu sözləri "Nefçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 19-cu turunda "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesablı bərabərlik qeydə alınan matçı belə şərh edib: "Düzdür, oyuna biz nəzarət edirdik, amma rəqib hesabda geri olduğuna görə çoxluqla hücuma atıldı ki, bu da təzyiqi artırdı. Bundan sonra futbolçularımız risk etməyib, hesabı qorumaq istəyirdilər. Amma standart vəziyyət zamanı buraxılan səhv qələbəni əlimizdən aldı. Belə hallar olur. Yolumuza davam edəcəyik. Səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.
F.Məmmədov müdafiə xəttindəki boşluqlardan və qapıçı Aqil Məmmədovun buraxılan qol zamanı çıxışdakı səhvindən də danışıb: "Standart vəziyyətdə rəqib futbolçunu boş buraxmaq yolverilməzdir. Qol epizodlarımız oldu. Onları qola çevirmək lazımdır ki, sonra rahat olsun. Əks halda, stress artır. Ömər Buludov daha ciddi olmalıdır. İradlarımızı bildiririk. Belə səhvlər etmək olmaz. Biz komanda oyunu oynayırıq, sadəcə, bu gün bir çox halda sonluğu düzgün yerinə yetirə bilmədik. Aqil Məmmədovun çıxışda səhv etməsinə gəlincə, buna baxacağıq. Həm Aqil, həm də Səlahət səviyyəli qapıçılardır. İkisinə də güvənirəm. Eyni sözlər, zədə üzündən bugünkü oyunu buraxan Mamadi Mbodja və Donald Geryeyə də aiddir. Onları əvəz edən futbolçular onların yoxluğunu hiss etdirməməyə çalışdılar. Gerye artıq gələn həftədən, Mbodj isə o biri həftədən məşqlərə qoşulacaq”.
100-cü oyun
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər