Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 finalında və Misli Premyer Liqasının 14-cü turunda baş verən qayda pzuntuları ilə bağlı qərarlar verilib.
Azərbaycan kubokunda 1/8 finalın “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə klub 2000 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.
Azərbaycan kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.
Azərbaycan kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.
Azərbaycan kubokunda 1/8 finalın “Qarabağ” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Azərbaycan kubokunda 1/8 finalın “Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat cərimə edilib.
Azərbaycan kubokunda 1/8 finalın “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimə edilib.
“Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyun cəzalandırılıb, klub 1000 manat cərimə edilib. Oyunda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Şamaxıdakı 5 qol - Video
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi