"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:
- Bu gün qalib gəlmək istəyirdik. Yaxşı mübarizə apardıq. Yalnız qələbə çatmadı. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Baş məşqçiyə də çox sağ ol deyirəm ki, uzun müddətdən sonra mənə şans verdi.
- Ümumiyyətlə, qapı xəttində bu günkü dəyişiklik nə ilə bağlı idi?
- Düzü, mən bunu bilmirəm. Məşqçiyə aid bir sualdır.
- Sizcə, bu gün 2 xalı "Qarabağ" itirdi, yoxsa "Neftçi"?
- Biz oyuna həqiqətən də qələbə üçün çıxmışdıq. Futbolçularımız çox yaxşı, əzmkar mübarizə apardılar. Yenə deyirəm, sadəcə qələbə çatışmadı.
- Ancaq kənardan elə görünürdü ki, sanki komandalar 1 xala razıdır.
- Bunu deyə bilmərəm. Kənardan siz bizdən daha yaxşı görürsünüz.
- Roberto Bordinin gedişindən sonra sanki komandanın ab-havasında canlanma hiss olunur. Bununla razılaşırsınızmı?
- Bəli, razılaşıram.
"Karvan"da iki ayrılıq
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi