"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçuların əzmkarlığı bizi qane etdi. İstədiyimiz qolu vurduq. Rəqib də azlıqda idi. Amma fasilədən sonra gözlədiyimiz başımıza gəldi. Rəqib əks-hücumlarda oynadı. Biz isə ələ düşən imkanlardan istifadə edə bilmədik. Bu gün iki xal itirdik. Komandanın əzmkarlığı məni sevindirdi. Yoxlama oyunlarında gördüklərimizin davamı gəldi.
- “Qəbələ” ilə matçda da rəqib iki nəfər azlıqda mübarizə aparmışdı. Sanki buna uyğun planınız yoxdur...
- İkinci hissədə 4-5 qol epizodumuz var idi. Oyun qura bilməsək, o imkanları yarada bilməzdik. Rəqib azlıqda qalanda motivasiyası, döyüşkənliyi artır. “Neftçi”nin heyətində təcrübəli, usta futbolçular var. Bizdə sadəcə son nöqtəni qoymaq çatmadı.
- “Neftçi”nin qolunda oyundankənar vəziyyət var idimi?
- Bu, televiziyada oyunun icmalında yəqin ki, müzakirə ediləcək. Orda səhvlər deyiləcək.
- Komanda yaxşı qaçır, oynayır. Tempi qorumaq üçün ehtiyat oyunçular kifayətdir?
- Hər bir məşqçi istəyər ki, geniş heyəti olsun. Qarşıya ciddi məqsəd qoymuşuqsa, ehtiyat qüvvə çox olmalıdır. Gənc oyunçularımız var. Antalyada da gənclərə üstünlük verirdik. Qorxmuruq. Alınacaqsa, daha yaxşı olacaq. Alınmasa da, faciə olmayacaq və biz ölkə futbolu üçün bir neçə futbolçu qazanarıq.
- Millinin baş məşqçi postuna namizədlər sırasında olduğunuz deyilir...
- Birdən-birə soruşdunuz (gülür). Milli hamımız üçün şərəfdir. Bu gün məni ora namizəd sayırlarsa, qürurvericidir. Qısa zamanda o siyahıda yer almaq şərəfdir. Amma indi “Sumqayıt”dayam. Nə vaxt kömək lazım olsa, mən heç bir təmənna güdmədən milliyə kömək etməyə hazıram.
- Növbəti turda qarşılaşacağınız “Zirə” bu gün “Sabah”a 2 cavabsız qolla qalib gəldi. Sabiq komandanızla oyunda büdrəmək ehtimalınız nə qədərdir?
- “Zirə” ilə prinsipiallığımız yoxdur. Keçən il bunu başa vurduq (gülür). Zaur Həşimov yaxın dostumdur. Ona da uğurlar arzulayıram. Qışda lazımı mövqelərə oyunçular alıblar. Geniş heyətə malikdilər. Rəqibi analiz edəcəyik. Öz azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Vacib oyundur. Çalışacağıq ki, komandanı hazırlayaq.
Bizi Feysbukda da izləyin!
Millimiz İslandiyada - Şəkillər
"Beşiktaş"dan yeni transfer
“Fənərbaxça” Aktürkoğlunun transferini açıqladı
"Qarabağ"ın futbolçusu Çexiya və Xorvatiyaya qarşı oynayacaq
Gündoğan "Qalatasaray"a keçəcəyini təsdiqlədi
"Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
"Real"ın sabiq oyunçusu İtaliya A Seriyasında
"Zirə" rəhbərliyi yüksək bal toplayan futbolçusu ilə görüşdü
"Xankəndi"dən İbrahim Uzunca ilə bağlı yeni qərar
"Yuventus"dan daha bir transfer
"Sabah" Avstriyada ikinci oldu
"Benfika"dan hücumçu transferi
"Liverpul" Elliotu "Aston Villa"ya göndərdi
Aleksandr Zinçenko bu kluba keçdi
"Yuventus" Kosovo millisinin üzvünü aldı
"Qarabağ"ın daha bir rəqibindən yeni transfer
Misli Premyer Liqasında ayın ən gözəl 5 qolu - Video
Xavi "Bayer"ə yenə "yox" dedi
"Mançester Siti" Donnarummanı aldı - Rəsmi
Manuel Akanji "İnter"də
Tanınmış futbolçu klubsuz qaldı
"İnter" Pavarı icarəyə verdi
Ederson "Mançester Siti"ni tərk edib Türkiyə klubuna keçdi
Millimiz İslandiyaya yollandı - Şəkillər
"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi məlum oldu
La Liqada ən bahalı transferlər hansılardır?
"Liverpul" İsakın transferini açıqlayıb
"Fənərbaxça"nın futbolçusu La Liqa klubunda
“Qarabağ” üçün transferdə son gün
Fransa çempionatında yayın ən bahalı transferləri
"İmişli"nin futbolçuları azarkeşlərlə görüşəcəklər
"Milan" Fransa millisinin üzvünü transfer etdi
Marko Asensio "Fənərbaxça"da - Rəsmi
Millimiz DÇ-2026 matçları üçün məşqə çıxdı - Şəkillər
Gürcüstan millisinin üzvü La Liqa klubunda
"Sabah” - “İmişli” oyununda xüsusi qonaq
"Yuventus"dan "Atletiko"ya
"Liverpul"dan yeni transfer
PSJ-nin futbolçusu "Tottenhem"də
Asim Xudiyevə UEFA-dan növbəti təyinat