“Herta” qış transfer pəncərəsində Avropada ən çox pul xərcləyən klub olub.
Qol.az transfermarkt.de saytına istinadən xəbər verir ki, Berlin təmsililçisi transferlərə 98 milyon avro xərcləyib. Onlar “Milan”dan hücumçu Kşiştof Pyenteki 27 milyon, “Lion”dan Luka Tuzarı 25 milyon (mövsümün sununa qədər Fransada icarədə qalacaq), “Uotford”dan yarımmüdafiəçi Dodi Lukebakionu 20 milyon, “RB Leyptsiq”dən hücumçu Mateus Kunyanı 15 milyon, “Ştutqart”dan yarımmüdafiəçi Santyaqo Askasibarı 11 milyon avroya transfer edib.
Bu oyunçuların orta yaş həddi 22-dir.
Qış fasiləsi zamanı komandanı 8 oyunçu tərk edib. Onlardan 7-si icarəyə göndərilib, bir nəfərə isə azad agent statusu verilib. “Herta” bu keçidlərə görə heç nə qazanmayıb.
Transferə ən çox pul xərcələyən ikinci klub İtaliya “Napoli”si (65,5 milyon avro, 10 oyunçu), üçüncü klub Fransa liqasında yarışan “Monako” (62 milyon avro, 9 oyunçu) olub.
Bu qış transferdən ən çox qazanan isə Bruno Fernandeşi “Mançester Yunayted”ə satan “Sportinq”dir (55 milyon avro). İkinci yeri 3 futbolçusunu ümumən 52 milyon avroya satan Dortmund “Borussiya”sı, üçüncü yeri “Red Bull Zalsburq” (41 milyon, 4 oyunçu) tutur.
“Kəpəz”də yubiley
“Sumqayıt” - “İmişli” matçında düşən davaya səbəb nə idi?
“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi
“Qalatasaray”ın rəqibi meydana itkilərlə çıxacaq
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
“Sumqayıt” “İmişli”yə, “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəldi
“Qarabağ” “Ayaks”la oyuna hazırlaşır - Video
Serxio Ramosa İngiltərə klubundan təklif var
Messi yenidən ilin ən yaxşısı seçildi
“Mançester Yunayted”in yeni müdafiəçi hədəfi
2-ci liqanın 12-ci turuna yekun vuruldu
"Qarabağ"ın "Ayaks"la oyunöncəsi son məşqindən - Şəkillər