“Ankaraspor” Türkiyə çempionatlarında iştirakdan məhrum olundu

“Ankaraspor” Türkiyə çempionatlarında iştirakdan məhrum olundu
XƏBƏR 6 Avqust 2010 / 14:45 1757
-  A +

Ötən mövsüm Türkiyə superliqasından Bank Asya birinci liqasına göndərilən "Ankaraspor"la bağlı sərt qərar qəbul olunub. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyası ilə hüquqi müstəvidə mübarizəyə başlayan Ankara təmsilçisi məğlub olub. Nəticədə TFF klubu Bank Asya birinci liqasından da çıxarıb. Nəticədə "Ankaraspor" qarşıdakı mövsümdə TFF bayrağı altında keçiriləcək heç bir qarşılaşmada iştirak edə bilməyəcək. Komanda uşaqlar arasında çempionatlara belə buraxlımayacaq. "Ankaraspor"un bütün hüquqları əlindən alındığından Bank Asya birinci liqanın yeni mövsümü 17 komandanın iştirakı ilə keçiriləcək. Komandalar Ankara təmsilçisi ilə oyunlara görə 3:0 hesablı texniki qələbə alacaq.


Son xəbərlər