"Milan"ın futbolçusu Hakan Çalhanoğlu komandaya yeni transfer olunan isveçli ulduz Zlatan İbrahimoviçi tərifləyib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi 38 yaşlı hücumçunun komandaya keçidinin uğurlu olduğunu söyləyib: "Zlatan "Milan"a gələndən sonra azarkeşlər çox xoşbəxt oldu. İbrahimoviçin gəlişi ilə komanda daha yaxşı vəziyyətə gəldi. "Milan"ın onun kimi bir liderə ehtiyacı var. Sadəcə varlığı belə yaxşı əhval-ruhiyyə yaratdı. Zlatanın vəziyyəti müzakirə olunmamalıdır. Onun 38 yaşı var, amma hələ də rəqiblərini qorxuda bilir. Ondan şəxsiyyət olaraq çox şey öyrənirəm. Mənə nə etdiyimi açıq şəkildə deyir, hansı səhvlərə yol verdiyimi göstərir. İbrahimoviçin çoxlu türk dostu var. Türklərin istiqanlı olduğunu və onları çox sevdiyini dedi. Türkcə bir neçə söz deyərək, məni təəccübləndirdi. Hətta, türkcə mahnılar dinləyidini də söylədi. Mənimlə və ölkəmlə maraqlanmağı məni sevindirdi".
“Sabah”ın 60-cı sülhü
"Arsenal" "Tottenhem"ə 4 qolla qalib gəldi
Morqan Rocers dubl etdi, “Aston Villa” qalib gəldi
"İmişli"nin əzmkar qələbəsi - Video
“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi
"Qorxduğumuz yerdən qollar buraxdıq" - "Neftçi"nin məşqçisi
“Onların səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək" - "İmişli"nin baş məşqçisi
“Roma” baş məşqçisiz meydana çıxacaq
“İmişli”dən “Neftçi” üzərində inamlı qələbə
2-ci liqa: "Quba" 4 qolluq qələbə qazandı
“Qarabağ” Neapola gedir - Şəkillər
“Mançester Yunayted” onun üçün 44 milyon ödəməyə hazırdır
Vinisiusun “Real”dakı gələcəyi sual altındadır
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
1-ci liqada 9-cu turun hakimləri bəlli oldu
"Sabah" - "Şamaxı": Heyətlər