Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının 14 turunda “Zirə”nin heyətində 20 futbolçu meydana çıxıb.
Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Elvin Camalovla Cavid Hüseynov hamıdan çox – hərəyə 13 oyun keçirib. Elvin dəqiqə baxımından meydanda ən çox vaxt keçirən futbolçudur.
Legionerlər arasında Alvaro Ampuero daha çox – 12 matçda şans qazanıb. 20 oyunçudan 16-sı qarşılaşmaların yarıdan çoxunda - ən azı 8 görüşdə meydana çıxıb.
Bu futbolçulardan 11-i legioner, 9-u yerli futbolçudur.
“Zirə”nin 10 üzvü mövsümün ilk yarısında qol vurub. Nicat Süleymanov və Xulio Sezar Rodrigez hamıdan çox – 4 dəfə fərqlənib. Cavid Hüseynovla Riçard Qadzenin hesabında 2 top var.
İlk yarıda iki qapıçı meydana çıxıb. Orxan Sadıqlı və Boyan Zoqoviç hərəyə 7 oyun keçirib və eyni sayda – 11 qol buraxıb.
“Zirə” 2 dəfə penalti imkanı qazanıb. Xulio Sezar Rodrigez dəqiq olubsa, Cavid Hüseynov şansı qaçırıb. Komandanın qapısına təyin olunan iki 11 metrlik cərimə zərbəsi qolla nəticələnib. Bu zərbələrin hərəsi bir qolkiperin qapısına vurulub.
İlk iki dövrədə “Zirə”nin futbolçuları 39 sarı vərəqə alıblar. Xəbərdarlıqlar 15 nəfərin passivinə yazılıb. Oyunçularımız qırmızı vərəqə ilə cəzalanmayıblar.
“Zirə” mövsümün ilk yarısını iki baş məşqçinin rəhbərliyi altında keçirib. İlk 7 oyunda Samir Abasov, sonra isə Zaur Həşimov komandaya başçılıq edib.
“Sabah”ın 60-cı sülhü
"Arsenal" "Tottenhem"ə 4 qolla qalib gəldi
Morqan Rocers dubl etdi, “Aston Villa” qalib gəldi
"İmişli"nin əzmkar qələbəsi - Video
“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi
"Qorxduğumuz yerdən qollar buraxdıq" - "Neftçi"nin məşqçisi
“Onların səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək" - "İmişli"nin baş məşqçisi
“Roma” baş məşqçisiz meydana çıxacaq
“İmişli”dən “Neftçi” üzərində inamlı qələbə
2-ci liqa: "Quba" 4 qolluq qələbə qazandı
“Qarabağ” Neapola gedir - Şəkillər
“Mançester Yunayted” onun üçün 44 milyon ödəməyə hazırdır
Vinisiusun “Real”dakı gələcəyi sual altındadır
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
1-ci liqada 9-cu turun hakimləri bəlli oldu
"Sabah" - "Şamaxı": Heyətlər