Milli komandamızın sabiq baş məşqçisi Nikola Yurçeviçin müsahibəsi:
- AFFA-nın sizinlə müqavilə müddətini uzatmaq istəməməsini necə qarşıladınız?
- Zaqrebdə keçirdiyim son həftə ərzində özümü və milli komandanın gələcəyini düşünürdüm. Müqaviləni uzatmaqda maraqlı olub-olmamağımla bağlı özüm də əmin deyildim. İnsanlar daha real olmalıdırlar. Azərbaycanın Avropa futbolundakı mövqeyini nəzərə alsaq, yalnız addım-addım inkişaf edə bilərik. Daha yaxşı komanda formalaşdırmaq üçün vaxt lazımdır. Rəqiblərlə müqayisədə Azərbaycan futbolçuları Avropanın tanınmış klublarında çıxış etmirlər. Gənc oyunçularla düzgün işləməklə və pillə-pillə getməklə uğura nail olmaq mümkündür. Bununla belə, AFFA-dakı hər kəsə mənə verdikləri dəstəyə və peşəkar işlərinə görə təşəkkür edirəm.
- Millidə bir seçmə mərhələni əhatə edən 10 aylıq fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, gələcək üçün bir sıra yeni və gənc oyunçuları üzə çıxardıq. Keyfiyyətcə daha üstün komandalara qarşı çox yaxşı oynadıq və əlavə xallar qazanmaq şansımız vardı. Qrupumuzda San Marino kimi asan rəqibimiz olsaydı, yəqin ki, daha 6 xal qazanardıq və bu, komandaya daha çox özünəinam verərdi.
- Bugünkü hesabatınızda hansı məsələlərə toxundunuz?
- İcraiyyə Komitəsinə illik hesabat verdim. Bu, normal və peşəkar davranışdır. Bütün oyunları təhlil etdim. Seçmə mərhələdə bizə qarşı çoxlu hakim səhvləri oldu. Premyer Liqada 8 komanda çıxış etdiyindən yığmada rəqabət üçün yetərincə oyunçunun olmadığına diqqət çəkdim. Üstəlik, bəziləri klublarında oynamırlar. Həmçinin seçmə mərhələdə hər görüşdə cəza və zədə üzündən 3-4 futbolçunun xidmətindən yararlana bilmədik. Xaricdə oynayan futbolçuların da sayı yetərli deyil. Komandanın gələcəyi ilə bağlı analiz aparmağa çalışdım. Fikrimcə, növbəti Millətlər Liqasında müsbət nəticə qazanmaq üçün daha yaxşı şans var.
- Bundan sonra nə etmək fikrindəsiniz: Azərbaycanın hansısa klubundan təklif gəlsə, qalmaq istəyərdiniz?
- İndi boşda olan məşqçiyəm və bütün təkliflərə açığam. Bir gün yenə Azərbaycanda çalışmağım mümkündür. Deməliyəm ki, mən və ailəm Bakı kimi gözəl, Azərbaycan kimi əla ölkədə yaxşı insanların əhatəsində çox yaxşı vaxt keçirdik. Bura ilə bağlı yalnız müsbət sözlər deyə bilərəm. Oyunçulara, komandadakı personala, azarkeşlərə, bir sözlə, hər kəsə təşəkkürlər! (Report)
Messinin ən hündür heykəli ucaldıldı
“Səbail” “Difai”ni belə məğlub etdi - Video
“Liverpul” Salahı onunla əvəzləməyə hazırlaşır
Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
"Arsenal" böyük klubların hücumçuları ilə maraqlanır
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Yüksək Liqada 10-cu turun oyunları keçirildi
Fransa klubu baş məşqçisini istefaya göndərdi
"Lənkəran" klubunun şikayəti təmin edilmədi
Komanda uduzdu, azarkeşləri stadionu yandırdı
Təxirə salınan oyunla bağlı qərar açıqlandı
“Neftçi”nin sabiq futbolçusu yenidən Rusiya klubunda
Abubakarı millidən uzaq salan Eto'Odur? - Şok iddia
Millini Rafael Markes çalışdıracaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
"Oğlum Yadullanın müsibəti heç belə olmamışdı"
Misli Premyer Liqasında həftənin hakimləri
Bakıda "Ayaks"a möhtəşəm dəstək - Video
Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Rui Patrisiu karyerasını başa vurdu
“Real” Xabi Alonsonu istefaya göndərmir
"Əvəzetmələrə qarışmasam, yaxşı olar" - Elvin Cəfərquliyev
Azərbaycanın üç boksçusu dünya çempionatının yarımfinalında
Vasili Berezutski bu klubu çalışdıracaq - Rəsmi
Futzal millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
Xabi Alonso “Real”dakı gələcəyi ilə bağlı danışdı
ÇL-də “pley-off”u təmin edən ilk 5 komanda onlar oldu
"Mançester Siti"nin "Santyaqo Bernabeu" zəfəri - Video
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
"Mançester Siti" "Real"a, "Benfika" "Napoli"yə qalib gəldi
"Qarabağ" "Ayaks"a belə uduzdu - Video
Qurban Qurbanov: "Özüm də bilmirəm, Nəriman haqda nə deyim"
“Qarabağ” - “Ayaks” matçının ən yaxşı oyunçusu müəyyənləşdi
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər