"Azərbaycanda öz meydanımızda oynayacağıq" - Şenol Günəş

"Azərbaycanda öz meydanımızda oynayacağıq" -  Şenol Günəş
XƏBƏR 30 Noyabr 2019 / 23:00 8250
-  A +

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamağı istədiklərini deyib:

“Xeyirli olsun. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.

Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda