Balotelli irqçiliyə görə meydanı tərk etmək istədi

Balotelli irqçiliyə görə meydanı tərk etmək istədi
DÜNYA FUTBOLU 4 Noyabr 2019 / 17:26 3200
-  A +

İtaliya A Seriyasının 11-ci turunun “Verona” – “Breşiya” (2:1) matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.az xəbər verir ki, qonaqların futbolçusu Mario Balotelli irqçiliyə məruz qalıb.

O, yerli azarkeşlərin irqçi şüarlarından sonra meydanı tərk etmək istəyib. Ancaq komanda yoldaşları buna icazə verməyib və Balotellini sakitləşdiriblər. Balotelli topu tribunaya vuraraq, azarkeşlərə etirazını bildirib. İtalyan hücumçu 85-ci dəqiqədə qol vurub.

Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass