"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqanın 10-cu turunda "Keşlə" ilə oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qolsuz bərabərliyi şərh edib.
-Əvvəlcədən bilirdik ki, hansı rəqibə qarşı mübarizə aparacağıq. "Keşlə" az top buraxan, son vaxtlar yaxşı formada olan komandadır. Buna görə də matça ciddi hazırlaşmışdıq. Hər iki hissədə oyunun nəzarəti bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, yoxsa yox. Videotəkrara baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda əziyyət çəkdi. Fərq ondadır ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq vardı. Bu da normaldır. Həm oyundan, həm də nəticədən razı qaldım.
- Mirabdulla Ababsov son 2 matçda sonradan meydana çıxır, əvəzində 21 yaş limitində 2 futbolçu - Turan Vəlizadə və Elçin Rəhimlini oynadırsınız. Mirabdullanın ehtiyatda qalması taktiki gedişlə bağlıdır, yoxsa hazırda yaxşı formada olmaması ilə?
- Elçin "Qarabağ"la matçı yaxşı keçirmişdi. Buna görə dəyişikliyə əl atmaq istəmədik. Hər iki futbolçuya diqqət yetiririk. Elçinin start heyətində meydana çıxmağı məşqdəki əziyyətinin nəticəsidir. Ancaq Mirabdullaya da ehtiyacımız car. Bilirsiniz ki, ehtiyat qüvvəmiz geniş deyil. Buna görə də hər bir futbolçu bizim üçün vacibdir.
- Kapitan Eltun Yaqublunu əvəzləyəndən sonra görüşmədiniz. O, ehtiyat oyunçular skamyasında da qalmadı, birbaşa paltardəyişmə otağına yollandı. Aranızda problem var?
- Yox. Həmin anda məşqçilərimizlə məsləhətləşirdim. O, məni görmədi. Diqqət yetirsəniz, sonradan görüşdük. Ehtiyat oyunçular skamyasında oturmamağı isə soyuqla bağlıdır. Xəstələnməməsi üçün paltardəyişmə otağına yollanmasını daha məqsədəuyğun saydıq.
"Benfika"da ayrılıq
Mitroviç klubunu dəyişdi
Toni Kroos: “İsaka görə ödənilən məbləğ şişirdilib”
Santuş: “Tarix yazmaq istəyirik”
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
“40 yaşında Modriçin səviyyəsində olmaq inanılmazdır”
"Atletiko" İngiltərə klublarının təkliflərini rədd etdi
Türkiyə millisindən tarixi uğur
"Mançester Siti"nin yetirməsi bu kluba keçdi
"İmişli" doğma bölgəsinə səfər etdi - Şəkillər
“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır" - İslandiya millisinin baş məşqçisi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
"Napoli"dən 1 mövsümlük ayrıldı
Kyeza “Qarabağ”la oyunda iştirak etməyəcək
Hacinin oğlu Superliqa klubunda
İtaliya millisində itki
"Sabah"ın futbolçusu Özbəkistan millisində qol vurdu