Derbi öncəsi "Qarabağ" və "Neftçi"də son durum

Derbi öncəsi "Qarabağ" və "Neftçi"də son durum
ÖLKƏ FUTBOLU 1 Noyabr 2019 / 16:45 3421
-  A +

Bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi” öz meydanında əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək.

“Neftçi”nin mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, oyuna 4-5 min azarkeşin gələcəyi gözlənilir. Paytaxt klubu liderlə oyuna tam heyətlə çıxacaq. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.

“Qarabağ”ın heyətində isə iki itki var. Filip Ozobiç və Simeon Slavçev zədə səbəbindən bugünkü görüşü buraxacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"