0:9-a görə maaşlarından imtina etdilər
İngiltərə Premyer Liqasının 10-cu turunda “Lester”ə 0:9 hesabıyla uduzan “Sauthempton”un məşqçilər korpusu və oyunçuları məvaciblərinin bir hissəsindən imtina ediblər.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda üzvlərinin Steplevud düşərgəsində keçirilən sosial layihələrdə iştirak etdiyi bildirilib.
Həmçinin, maaşların müəyyən məbləği xeyriyyə fonduna bağışlanacaq.
Qeyd edək ki, "Sauthempton" öz meydanında 9 cavabsız top buraxaraq, tarixinin ən böyükhesablı məğlubiyyətini alıb.