APOEL-in aparıcı üzvü "Qarabağ"a qarşı oynamayacaq

APOEL-in aparıcı üzvü "Qarabağ"a qarşı oynamayacaq
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2019 / 20:23 3496
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda  bu gün “Qarabağ”ın qonağı olacaq APOEL-in aparıcı futbolçusu Musa Əl-Tamari oyunda iştirak etməyəcək.

Qol.az xəbər verir ki, İordaniya millisinin üzvü matçın iştirak ərizəsinə salınmayıb. 22 yaşlı yarımmüdafiəçi intizamsız hərəkətinə görə baş məşqçi Tomas Dollun qəzəbinə tuş gəlib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər