“Qarabağ”ın zədələri yenicə sağalan futbolçuları Xayme Romero və Mahir Emreli sabah Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda APOEL-ə qarşı matçda iştirak edə bilərlər.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun baş məşqçis Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Mahir və Romero komanda ilə məşqlərə başlayıb. Amma son qərarı sabahkı məşqdən sonra verəcəyik. “18-lik”də olmaq ehtimalları çoxdur” - deyə o vurğulayıb.