4 kluba cərimə, 1 futbolçuya cəza

4 kluba cərimə, 1 futbolçuya cəza
PREMYER LİQA 22 Oktyabr 2019 / 13:25 1936
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 8-ci turunda  baş verənlər müzakirə olunub.

 “Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 “Keşlə” – “Sabah”  oyununun 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 “Səbail” – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 “Neftçi” – “Zirə” oyununda ikincilərin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Son xəbərlər