"Real"da ciddi itki - İli erkən başa vurdu
"Real"ın futbolçusu Naço Fernandez uzun müddətlik sıradan çıxıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin II turunda Madriddə "Brügge" ilə keçirilən görüşdə (2:2) diz bağlarından xəsarət alıb.
İspaniyalı futbolçunun 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.