UEFA-nın Millətlər Liqası yarışında millimizlə eyni qrupda yer almış Kosovo yarışdığı “Avro-2020”nin A qrupunda uğurlu çıxış edir. Hazırda İngiltərədən sonra 8 xalla ikinci yeri tutan keçmiş rəqibimizin gələn il keçiriləcək qitə çempionatının final mərhələsinə çıxmaq şansı az deyil.
Qol.az xəbər verir ki, Kosovo D liqasından Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanan 4 qrup qalibindən biri olduğundan həmin komandanın gələn ilin martında keçiriləcək və Avro-2020-yə vəsiqə verəcək pley-off mərhələsində iştirak etmək hüququ qazanıb. Amma Kosovo “Avro-2020”ə seçmə mərhələdən vəsiqə əldə edərsə, bu halda Millətlər Liqasının “pley-off”unda iştirak etməyəcək. Bəs, bu halda həmin vəsiqə D liqasının 3-cü qrupunda Kosovodan sonra ikinci olmuş Azərbaycan millisinə verilə bilərmi?
Millətlər Liqasının əsasnaməsinə görə, yarışın pley-off iştirakçısı olan komanda seçmə mərhələdən “Avro-2020”yə vəsiqə qazansa, bu halda onun vəsiqəsi liqadakı ümumi reytinqi nəzərə alaraq liqanın növbəti ən yaxşı komandasına, zərurət yaranarsa isə aşağı liqada ən yaxşı reytinq xalı olan komandaya ötürülür.
Millimiz Millətlər Liqasında qrup ikincisi olsa da, topladığı xal digər rəqiblərlə müqayisədə azdır. Qrup ikinciləri arasında ən yüksək xalı C liqasından Ruminiya (12), Bolqaristan (11) və Macaristan (10), millimizin yer aldığı D liqasında isə Lüksemburq (10) və Ermənistan (10) toplayıb. Millətlər Liqasının reytinq xalları hesablanarkən ilk növbədə komandaları qrupda tutduğu yer və xallar əsas götürülür. Deməli, millimiz 9 xal yığdığından Kosovanın Avro-2020-yə seçmə mərhələdən çıxacağı halda vəsiqəsi Azərbaycana verilməyəcək.
Xatırladaq ki, “Avro-2020”yə 24 vəsiqədən 20-si seçmə mərhələdə 10 qrupda ilk iki yeri tutmuş komandalara, daha 4 vəsiqə isə Millətlər Liqasında final mərhələsinin qalibi olan 4 komandaya veriləcək.
Əgər əvvəlcədən seçmə mərhələ yolu ilə AVRO-ya vəsiqə qazanıblarsa, pley-offa vəsiqəni liqadakı ümumi reytinqini nəzərə alaraq liqanın növbəti ən yaxşı komandasına aparacaqlar. Lazım gələrsə, "oynaqlara" bir keçid, müəyyən bir liqanın reytinqi nəzərə alınmaqla, aşağı liqalar tərəfindən ötürülür.
Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu hədəflədi
Xavi "Mançester Yunayted"i çalışdırmağa hazırdır
"Traktor"dan ÇL-də heç-heçə
Azərbaycan voleybolçularından uğurlu start
Boksçularımız III MDB Oyunlarına qələbə ilə başladılar
UEFA-nın rəsmi saytı “Qarabağ”ın növbəti oyunundan yazdı
La Liqanın oyunu təxirə salındı
“Kopenhagen” Bakıya 21 futbolçu ilə gəlir
Millimizin Avropa çempionatı üçün ilkin heyəti
III MDB Oyunları: Azərbaycandan ilk qızıl medal
Belotti üçün mövsüm bitdi
“Qazaxıstana uzun uçuş bəhanə ola bilməz” - Xabi Alonso
İspaniya Superkuboku bu ölkədə keçiriləcək
"Barselona"da yeni müqavilə
AFFA iki klubu cərimələdi
Yubiley qolunu Rüstəm vurdu
Neymar iki aylıq sıradan çıxdı
"Mançester Siti" onunla müqaviləni uzatdı
"Barselona" 81 illik rekordu təkrarladı
"Sabah" klubunda yeni təyinat
"Qarabağ" - "Kopenhagen" matçını türk hakim idarə edəcək
İtaliya millisi 5-ci dəfə dünya çempionu oldu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
"Barselona"nı lider edən qələbə - Video
"Kayrat"ın baş məşqçisi "Real"la sabahkı oyundan danışdı
Zubir "Qarabağ"da yubiley qolunu vurdu
"Şamaxı" üçün əlamətdar oyun
Bu gün 8 idman növü üzrə yarış olacaq - III MDB Oyunları
"Milan" "Napoli"yə 10 nəfərlə qalib gəldi - Video
"Fənərbaxça"dan inamlı qələbə
"Arsenal" son dəqiqə qolu ilə qalib gəldi
“Barselona” qələbə ilə liderliyə yüksəldi
Levandovski karyerasında 700-cü qolunu vurdu
Masazırda vurulan qollar - Video
"Bu qədər hörmətsizlik heç yerdə görməmişəm" - Dambrauskas
"Sabah" bizdən qat-qat güclü idi" - Saşa İliç
Masazırda heç-heçə, "Turan Tovuz"dan qələbə
"Turan Tovuz"un böyükhesablı qələbəsindən - Video
Misli Premyer Liqasında oyun dayandı
"Ciddi səhv etmədən oynadılar" - Kurban Berdıyev
"Namizədliyimi irəli sürmürəm" - Xaliq Mərdanov
"Sabah" - "Sumqayıt": Heyətlər