Markizio "Monako"da
İtaliya yığmasının sabiq üzvü Klaudio Markizionun yeni klubu müəyyənləşib.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, azad agent statusuna mallik 33 yaşlı futbolçu "Monako"ya keçib. Onun knyazlıq təmsilçisi ilə 1 illik müqavilə imzaladığı bildirilir.
Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Markizio son olaraq Rusiyanın "Zenit" klubunda çıxış edib.