Məşhur FİFA referisi döyüldü

Məşhur FİFA referisi döyüldü
DÜNYA FUTBOLU 6 Avqust 2019 / 20:27 5640
-  A +

Xorvatiyalı FİFA referisi İvan Bebek ölkəsində fiziki təzyiqə məruz qalıb.

Qol.az xəbər verir ki, buna səbəb onun Xorvatiya çempionatının 3-cü turunda keçirilən “Hayduk” (Split) - “Lokomotiv” (Zaqreb) matçındakı qalmaqallı idarəçiliyi  olub.

Oyundan bir gün sonra  Bebek gecə klubu qarşısında bir qrup azarkeş tərəfindən döyülüb. Ciddi xəsarətlər alan tanınmış referi xəstəxanaya aparılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Xorvatiya Futbol Federasiyası məsələ ilə bağlı bəyanat yayıb. Cinayətkarların tezliklə tapılaraq cəzalandırılması üçün dövlət orqanlarına çağırış edilib.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"