Rüfət üçün 20 dəqiqə

Rüfət üçün 20 dəqiqə
XƏBƏR 27 İyul 2019 / 18:52 2076
-  A +

Almaniyanın ikinci bundesliqasında 2-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" bu tur doğma azarkeşləri önündə "Karl Tseyss" klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyatda başlayan Rüfət 70-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 2 turdan sonra 4 xalı olan "Proyssen" 4-cü pillədə qərarlaşıb. "Karl Tseyss" klubunun isə xalı yoxdur və 19-cu sırada yer alıb.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?