Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib.
Qol.az-ın xəbərinə görə, o, İrlandiyanın “İndependent” nəşrinə müsahibəsində deyib ki, “Qarabağ”ın gördüyü işləri təqdir edib və onlardan nümunə götürməli olduqlarını söyləyib. Əvvəlcə irland jurnalist Daniel Makdonnel yazıb ki, “Qarabağ” son 5 ildə Avropa səviyyəsinə yüksəlib: komanda 4 dəfə Avropa Liqasında, 1 dəfə isə Çempionlar Liqasının qrupunda oynayıb.
Sonra yazıda klubun sədri Mayk Treysinin fikirlərinə yer verilib. Treysi deyib: “Biz “Qarabağ”ın uğurlarına, onların gördüyü işlərə baxmalıyıq. Biz də məhz belə nailiyyət qazanmaq istəyirik. Görün, 2012-ci ildə “Qarabağ” harda idi və indiki səviyyəyə çatmaq üçün nələr etdilər. Biz də məhz bunu təkrarlamaq istəyirik”.
Klub rəsmisi iki komandanın öz aralarında keçirəcəyi oyunlara da toxunub: “Qarşıdakı matçı səbirsizlikə gözləyirik. Böyük ehtimalla, cütün favoriti “Dundalk” deyil. Amma bizim futbolçular o qədər istəklidilər ki, onlar hər dəfə meydana çıxanda qalib gələ biləcəklərini düşünürlər”.
Xatırladaq ki, “Qarabağ”la “Dundalk” arasında ilk matç iyulun 24-ü səfərdə, cavab qarşılaşması iyulun 31-i Bakıda olacaq.
Avroliqada 18 oyun
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər
Xabi Alonsonun yanvara qədər vaxtı var