"Fulhem"in futbolçusu "Qalatasaray"da - rəsmi

"Fulhem"in futbolçusu "Qalatasaray"da - rəsmi
DÜNYA FUTBOLU 19 İyul 2019 / 01:20 4823
-  A +

"Qalatasaray" "Fulhem"in futbolçusu Jan Mişel Serini icarəyə götürüb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündə icarə əsasında İstanbul təmsilçisində oynayacaq. O, yeni klubunda bir mövsüm üçün 2.8 milyon avro maaş alacaq. "Cim-Bom" "Fulhem"ə 1.5 milyon avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray" növbəti mövsümün sonu 18 milyon avro verərək Serini birdəfəlik ala bilər.


Son xəbərlər