Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. Avrokuboklardakı təmsilçilərimizin şanslarını dəyərləndirən Hüseynov maraqlı fikirlər səsləndirib.
- Bu gün “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə cavab oyununa çıxacaq. Yəqin ki, Albaniyadakı ilk görüşü izləmisiniz. Ona əsasən ikinci matçdan nə gözləyirsiniz?
- Bəli, ilk oyunu izlədim. “Partizani” o qədər də güclü təsir bağışlamadı. “Qarabağ”ın 1-2 yüzfaizlik qol epizodu oldu. Bundan başqa, üstünlük də təmsilçimizin tərəfində idi. Ancaq rəqibin də təhlükəli qol imkanları var idi. İki epizodda başla fərqlənə bilərdilər. Birini qapıçı çıxardı, digəri isə qapı tirinə dəydi. 0:0 rəqib komanda üçün yaxşı hesabdır. Çünki evdə qol buraxmayıblar. “Qarabağ” oyuna həddindən artıq ciddi yanaşmalıdır. İnanıram ki, mərhələni "Qarabağ" keçəcək. Ancaq futbolda görünməyən şeylər də olur. “Partizani” ilk matçda müdafiədə pis təsir bağışlamadı. Dəqiq oynadılar, zonaları bağladılar. Görünür, “Qarabağ”ı düzgün analiz etmişdilər. Düzdür, rəqibə topla oynamağa imkan verdilər, lakin qol epizodları onlarda daha çox oldu. Məncə, cavab görüşündə də müdafiədən oynayacaq və bəxtlərini əks-hücumlarda sınayacaqlar. “Qarabağ” birinci növbədə qapısını toxunulmaz saxlamalıdır. Qol buraxsalar, işləri çətin olacaq. Şanslar 70-in 30-a “Qarabağ”ın xeyirinədir.
- İlk oyunda “Qarabağ”ın müdafiə xəttində ciddi itkilər var idi. Bədavi Hüseynov zədəli idi, sol cinahda məcburiyyətdən Maksim Medvedev oynayırdı. Düzdür, Bədavi cavab oyununu da buraxacaq. Ancaq bu dəfə ən azından müdafiənin sol cinahında oynatmaq üçün Qurban Qurbanovun əlində oyunçu olacaq. Sizcə, bu amil oyuna necə təsir edəcək?
- Rəqib komanda hücuma o qədər də fikir verməyəcək. Müdafiə olunmağa çalışacaqlar. Ona görə də “Qarabağ”ın müdafiəçilərinə çox iş düşməyəcək. Sadəcə, arxa xətdə dəqiq oynamalıdırlar. Qol vurmaq üçün müdafiəni boş buraxmaq olmaz.
- Necə düşünürsünüz, oyun əlavə vaxta, daha sonra isə penaltilərə gedə bilərmi?
- Futbolda hər şey ola bilər. Ancaq mən inanmıram ki, oyun penaltiləri seriyasına getsin. Məncə, “Qarabağ” məsələni əsas vaxtda həll edəcək və mərhələni keçəcək.
- Sabah isə Avroliqadakı təmilçilərimiz cavab görüşlərinə çıxacaqlar. Yəqin, siz düşünürsüz ki, “Neftçi” turun taleyini ilk görüşdəcə həll etdi. Sizcə, cavab matçında “ağ-qaralar” daha çox qol vura bilərlər, yoxsa güclərini ikinci təsnifat mərhələsinə saxlayacaqlar?
- Bəli, “Neftçi”ni 2-ci mərhələdə saymaq olar. Düzdür, səfərdə böyükhesablı qələbə qazandılar, ancaq unutmaq olmaz ki, rəqib Moldova çempionatında çıxış edən komandadır. “Neftçi” ilə müqayisədə qat-qat zəif kollektivdir. Ona görə də bakılıların mərhələni rahatlıqla keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq olardı. Əsas məsələ ikinci mərhələdəki oyundur.
- “Neftçi”nin Rusiya “Arsenal”ı ilə oyunlardakı şansını necə qiymətləndirərdiniz?
- Açığı, mən “Arsenal”ın yoxlama oyunlarını izləmişəm. Sınaq matçlarında aşağı liqa təmsilçisinə böyük hesabla uduzmuşdular. Ancaq bu, aldadıcı hesabdır. Yəni, bu, əsas göstərici deyil. Çünki Rusiya çempionatının 1-ci turunda Moskva “Dinamo”su ilə oyununa da baxdım, pis komanda deyil. Nə qədər olmasa da, Rusiya çempionatında oynayan komandadır. “Neftçi” ikinci mərhələyə çox ciddi hazırlaşmalıdır. “Sperantsa” üzərində qələbə “Neftçi”ni arxayınlaşdırmamalıdır. Növbəti rəqib “Arsenal”dır, yaxşı komandadır. “Neftçi”yə çətin olacaq. Düzdür, mərhələni keçə bilərlər, ancaq asan olmayacaq. Həmin cütdə “Arsenal”ı favorit sayıram. Faiz nisbəti ilə götürsək, şanslar 60-ın 40-a olacaq.
- “Səbail” isə səfərdə Rumıniyanın “Universitatya” klubunun qonağı olacaq. “Dənizçilər” evdəki məğlubiyyətin əvəzini Krayovada çıxıb, sensasiya edə bilərlər?
- Əslində, mümkündür. “Səbail” sensasiya edə bilər. İlk oyuna baxdım, təmsilçimiz həddindən artıq qorxaq futbol oynadı. Onu deyim ki, rəqibin müdafiəsi çox zəif idi. Onları təzyiq altında saxlasaydılar, səhvlər edəcəkdilər. Məşqçinin işinə qarışmaq istəmirəm, heç qarışmaram da, amma “Səbail” qorxaq futbol oynadı. Nəzarəti rəqibə verdilər. Onlar da bu üstünlükdən istifadə etdi və 3:2 hesablı qələbə qazandılar. Bilirsiniz ki, Rumıniya çempionatı da başladı. “Universitatya” ev oyununda 95-ci dəqiqədə vurduğu qolla çətin qələbə qazandı. Bu isə onu göstərir ki, rəqib qol vurmağı bacarsa da, müdafiədə etibarsız oynayıb, qol da buraxır. İstənilən halda “Səbail”in işi çox çətin olacaq. Onları Rumıniyada ağır oyun gözləyir.
- Qısaca olaraq, “Qəbələ”nin ikinci təsnifat mərhələsindəki oyunu haqda da soruşum. Böyük ehtimalla Tbilisi “Dinamo”su ilə qarşılaşacaqlar. Mövsümün sonunda əyalət təmsilçisində heyətlə bağlı ciddi dəyişikliklər oldu. Sizcə, “Qəbələ” gürcü klubunu keçə bilərmi?
- “Qəbələ”yə də uğurlar arzu edirəm. Oyunlarını görməmişəm. Bayaq da dediyim ki, təlim-məşq toplanışı zamanı keçirilən matçların nəticəsi aldadıcı olur. “Dinamo” 1-ci təsnifat mərhələsində keçirdiyi ilk oyunda 6:0 hesablı qələbə qazanıb. “Qəbələ”yə tanış komandadır.
Elnur SALAHOV
"Braqa"nın yetirməsi "Əl-İttihad"da
“Real" yalnız bizə hörmət edirdi”
"Şamaxı"dan yeni transfer - Rəsmi
Millimiz İslandiyaya qalib gəldi
Portuqaliya prezidenti Jota və Koştanı ordenlə təltif etdi
"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da - Rəsmi
"Qvardiola dedi ki, heç kəs üçün asan olmayacaq"
Donnarumma “Mançester Siti”yə keçidindən danışdı
"Bayer" onu icarəyə verməyə razı oldu
"Barselona"da itki
"Atletiko"nun futbolçusu 4 həftə oynamayacaq
"Milan" onu satır
Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?
Tovuz şəhər stadionunun son durumu - Şəkillər
"Neftçi"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Millimiz Reykyavikdə məşqə çıxdı - Şəkillər
İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı
"İnter" rədd cavabı aldı
U-19 millimiz İslandiyaya qarşı
"Napoli" tarixində rekord xərc
Azərbaycan klubunun adı və loqosu dəyişdi
Raul "Bayer"in baş məşqçisi ola bilər
Lukakunun “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşdi
Xorxe Sampaoli sabiq klubuna qayıtdı
Portuqaliya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
Gündoğan niyə "Qalatasaray"a keçib?
Aleksis Sançesin yeni klubu - Rəsmi
"Səbail" braziliyalı futbolçu aldı
"Qalatasaray" İlkay Gündoğanın transferini açıqladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Millimiz İslandiyada - Şəkillər
"Beşiktaş"dan yeni transfer
“Fənərbaxça” Aktürkoğlunun transferini açıqladı
"Qarabağ"ın futbolçusu Çexiya və Xorvatiyaya qarşı oynayacaq
Gündoğan "Qalatasaray"a keçəcəyini təsdiqlədi
"Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
"Real"ın sabiq oyunçusu İtaliya A Seriyasında
"Zirə" rəhbərliyi yüksək bal toplayan futbolçusu ilə görüşdü
"Xankəndi"dən İbrahim Uzunca ilə bağlı yeni qərar
"Yuventus"dan daha bir transfer
"Sabah" Avstriyada ikinci oldu
"Benfika"dan hücumçu transferi
"Liverpul" Elliotu "Aston Villa"ya göndərdi