"Qarabağ"ın növbəti rəqibi bəlli oldu (YENİLƏNİB)

XƏBƏR 8 İyul 2010 / 22:52 3085
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində «Qarabağ»ın rəqibi «Skonto» (Latviya) - «Bortdaun» (Şimali İrlandiya)  cütlüyünün qalibi olacaq. Qol.Az-ın məlumatına görə, bu komandalar arasında Şimali İrlandiyada keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasında isə britaniyalııar Leskinin 29-cu dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, "Qarabağ"ın növbəti mərhələdəki rəqibi «Bortdaun" olacaq. Bu komandalar arasındakı ilk matç iyulun 15-də səfərdə, cavab oyunu isə iyulun 22-də Bakıda olacaq.


Son xəbərlər