PSJ prezidentindən Mbappe açıqlaması - "Ona getməyə icazə vermirəm"

PSJ prezidentindən Mbappe açıqlaması -  "Ona getməyə icazə vermirəm"
DÜNYA FUTBOLU 18 İyun 2019 / 21:30 3687
-  A +

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu haqqında danışan klub rəhbəri, deyib:

“O, oyunlarda daha çox olmaq, bu komanda, bu klubla birlikdə inkişaf etmək, böyümək istəyir. Mən ona vəzifələrini izah etdim. O, ağıllı bir gəncdir, əminəm ki, hər şeyi başa düşdü.

Mbappe PSJ-də qalırmı? Mən buna 100 yox, 200 faiz əminəm. Bu çılğın oğlana getmək üçün icazə vermirəm”.

 


Son xəbərlər