Poqbanın yerinə Koutinyo və Rakitiç

Poqbanın yerinə Koutinyo və  Rakitiç
DÜNYA FUTBOLU 17 İyun 2019 / 16:16 4279
-  A +

“Mançester Yunayted” komandadan ayrılacağını açıqlayan Pol Poqbanın yerini doldurmaq üçün hərəkətə keçib.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “mankunyanlar” “Barselona”nın yarımmüdafiəçiləri Filippe Koutinyo və İvan Rakitiçi transfer etməyi planlaşdırır. Bununla bağlı yaxın günlərdə Kataloniya klubuna rəsmi təklif göndəriləcəyi bildirilir.

Qeyd edək ki, Koutinyo ötən mövsüm La Liqada 34 oyuna 5 qol vurub, 2 qol ötürməsi edib. Rakitiç isə 34 oyuna 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Son xəbərlər