"Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün Çempionlar Liqasının finalında "Tottenhem"lə oyun (2:0) əlamətdar olub.
Qol.az-ın məlumatına görə, bu matçda qələbə ilə alman mütəxəssis məşqçi karyerası ərzində ilk dəfə ÇL-in kubokunu qazanıb.
Bundan əvvəl 51 yaşlı çalışdırıcı ÇL-də Dortmund "Borussiya"sı ilə 2013-cü ildə finalda "Bavariya"ya (0:1), "Liverpul"la isə ötən il "Real"a (1:3) uduzmuşdu.