"Portu" futbolçusu Auqusto Felipeni "Atletiko"ya satıb.
Qol.az-ın xəbərinə görə, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb. Bildirilir ki, bu transfer üçün Madrid təmsilçisi 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi son üç il "Portu"da oynayıb.