Fransalı "Fənərbaxça"dan ayrıldı

Fransalı "Fənərbaxça"dan ayrıldı
DÜNYA FUTBOLU 26 May 2019 / 11:36 2810
-  A +

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Matyu Valbuena komandadan ayrılıb.

Qol.az xəbər verir ki, bunu fransalı yarımmüdafiəçi şəxsi Tvitter səhifəsində paylaşıb.

“Bu klubda macəram sona çatdı. Gözəl ailənin bir hissəsi oldum. İstanbul həmişə mənim üçün sarı-mavi olacaq. Hər kəsə təşəkkür” - deyə o qeyd edib.

Fransa millisinin sabiq üzvü 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi.

Qeyd edək ki, Valbuena karyerasını Yunanıstanın "Olimpiakos" klubunda davam etdirəcək.

Son xəbərlər