"Qəbələ"dən sabiq futbolçusuna rəsmi təklif

"Qəbələ"dən sabiq futbolçusuna rəsmi təklif
ÖLKƏ FUTBOLU 25 May 2019 / 17:30 6790
-  A +

Mövsümün sonunda "Keşlə"dən ayrılan Amil Yunanov "Qəbələ"dən təklif alıb.

Bu barədə Qol.az-a 26 yaşlı hücumçu özü məlumat verib. Onun sözlərinə görə, əyalət klubu sabiq futbolçusuna 1 illik müqavilə təklif edib. Ancaq Yunanov hələlik qarşı tərəfə cavab verməyib. Futbolçu 1 həftə içində bütün məsələlərə aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, Amil "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 2010-2013-cü illərdə "qırmızı-qaralar"ın formasını geyinib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki