İquain "Yuventus"a qayıdır

İquain "Yuventus"a qayıdır
DÜNYA FUTBOLU 16 May 2019 / 14:29 3536
-  A +

"Çelsi" ötən yay "Yuventus"dan icarəyə götürdüyü Qonzalo İquainlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisi argentinalı hücumçunu birdəfəlik ala və ya yenidən icarəyə götürməyəcək. Klub rəhbərliyi İquainin oyunundan razı qalmadığı üçün bu qərarı verib.

Qeyd edək ki, İquain bu mövsüm 22 matçda 7 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər