Avroliqa finalı üçün KİA maşınları - Şəkillər

Avroliqa finalı üçün KİA maşınları - Şəkillər
XƏBƏR 9 May 2019 / 17:12 6155
-  A +

KIA Motors Corporation (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa Liqasının final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distribütoru KIA Azərbaycan tərəfindən 70 ədəd yeni model KIA avtomobili gətirilib. Modellər arasında Optima, Carnival, Sportage, Sorento, K900 və Stinger yer alıb.

Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə  istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək. Avtomobillər əsasən UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub. Həmin avtomobillər artıq UEFA Avropa Liqası Finalı Bakı-2019-a uyğun şəkildə brendinq olunub.

Qeyd edək ki, bu, KMC şirkətinin Avropa Liqası turnirində UEFA ilə ilk əməkdaşlığıdır.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər