“Liverpul” – “Barselona” oyununun 79-cu dəqiqəsində künc zərbəsindən vurulan qol da Avropa mediasının müzakirə mövzusudur.
Qol.az xəbər verir ki, həlledici 4-cü qoldan bir-iki saniyə əvvəl meydan sahiblərinin müdafiəçisi Trent Aleksander-Arnold günc zərbəsini yerinə yetirmək istəsə də, sonradan topdan kənarlaşıb. O, zərbəni yetirməyi Cerdan Şakiriyə həvalə etmək istəyib.

Bu zaman “Barselona”lı futbolçular korneri Şakirinin yerinə yetirəcəyinə kökləniblər. Amma Trent Aleksander-Arnold bunu hiss etdiyi üçün dərhal geri qayıdıb və zərbəni özü yerinə yetirərək topu boş zonada olan Divok Oriqiyə ötürüb.

Sonuncu bu fürsəti əldən verməyib və “Liverpul”un qələbə qolunu vurub.
Bu zaman “Barselona”lı futbolçulardan biri hakimə etiraz etmək istəyib. Amma qolun qaydalar çərçivəsində vurulduğuna qətiyyən şübhə ola bilməz.
Ötürməni edən Trent matçdan sonra deyib ki, bu, sadəcə olaraq, improvizasiya idi. “Hesab edirəm ki, hər şey instinktiv baş verdi. Bu o məqamlardan biri idi ki, sən sadəcə qarşında bir şans olduğunu görürsən və ondan istifadə edirsən”.
Amorim: "Qorxuram"
Mbappe mükafatlandırıldı
"Napoli" ilə matçda maksimum gücümüzü ortaya qoyacağıq"
“Qaradağ Lökbatan” “Şirvan”ı belə məğlub etdi - Video
Ronaldonun bioloji yaşı bəlli oldu
Samir Abasov özü getmək istəmədi - İstefaya göndərildi
"Araz-Naxçıvan"ın "Benfika"ya məğlubiyyəti ağır oldu
Yankoviç ikinci dəfə ata oldu
"Çelsi"nin baş məşqçisi Palmerin zədəsindən danışdı
"Barselona" Rafinyanı bu futbolçu ilə əvəzləmək istəyir
“Qalatasaray” Çempionlar Liqası matçına itkilərlə çıxacaq
“Liverpul” rəhbərliyi baş məşqçi ilə bağlı qərarını verdi
“Mançester Yunayted” Kazemironun maaşını azaldır
“Şəmkir”, “Qaradağ Lökbatan” və “Araz Saatlı”dan qələbə
Mbappe matçdan sonra cəzalandırıldı
UEFA Gənclər Liqası: "Napoli" - "Qarabağ" matçının hakimləri
"İnanıram ki, avrokuboklara yollanacağıq" - Ramon Maçado
Runi Salahın ehtiyatda qalmalı olduğunu düşünür
“Araz-Naxçıvan” “Benfika” ilə matça itkilərlə çıxacaq
İngiltərə Premyer Liqasında 400-cü het-trik
De Byazi italyanlara "Qarabağ"dan danışdı
Yevlaxda 15 il sonra Premyer Liqa coşqusu - Reportaj
AFFA rəsmisi "Qalatasaray"ın ÇL oyununa təyinat aldı
Samir Abasov istefaya göndərilib? - Özü danışdı
Alleqri "Milan"ın tarixinə belə düşdü