Jezniçak "Qarabağ"dan ayrılır?

Jezniçak "Qarabağ"dan ayrılır?
ÖLKƏ FUTBOLU 6 May 2019 / 21:59 6178
-  A +

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak yayda Ağdam klubundan ayrıla bilər.

Qol.az-ın məlumatına görə, bu barədə Polşa mətbuatı xəbər yayıb. "Sportowefakty.wp.pl" saytı mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatacaq 33 yaşlı futbolçuya yeni sözləşmə təklif olunmadığını yazıb. Onun yayda sabiq klubu "Legiya"ya qayıda biləcəyi istisna olunmur.

Yerli radiolardan birinin jurnalisti Mateuş Liqentsa da şəxsi "Tvitter" hesabında Kubanın "Qarabağ"dan ayrılmasının mümkün olduğunu yazıb: "Onun Polşaya qayıdacağı və ya karyerasını ölkə xaricində davam etdirəcəyi hələ bilinmir".

Qeyd edək ki, Jezniçak 2017-ci ilin yayından "Qarabağ"da çıxış edir.

Daha çox


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda