“Liverpul”da ciddi itki – “Barselona” ilə oyunu buraxır

“Liverpul”da ciddi itki –  “Barselona” ilə oyunu buraxır
DÜNYA FUTBOLU 5 May 2019 / 12:38 4326
-  A +

Çempionlar Liqasının yarımfinalının cavab matçında “Barselona” ilə qarşılaşacaq “Liverpul” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, hücumçu Roberto Firmino zədə səbəbindən bu vacib görüşü buraxacaq. Bunu komandanın baş məəşqçisi Yurgen Klopp klubun rəsmi saytına açıqlamasında deyib. O, braziliyalı forvardın əzələsi dartıldığını bildirib.

Qeyd edək ki, mayın 7-də keçiriləcək “Liverpul” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandaların “Nou Kamp”da görüşü Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır