Rusiyada çempion müəyyənləşdi - sona 3 tur qalmış

Rusiyada çempion müəyyənləşdi - sona 3 tur qalmış
DÜNYA FUTBOLU 4 May 2019 / 22:34 5765
-  A +

Rusiya Premyer Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 27-ci turda evdə "Axmat" klubu ilə bərabərə (1:1) qalan "Zenit" vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. Bu heç-heçədən sonra xallarının sayını 58-ə çatdıran Sankt-Peterburq təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Lokomotiv"i 9 xal qabaqlayır. Mövsümün sonunda Moskva təmsilçisi "Zenit"ə çatsa belə, şəxsi oyunlardakı nəticələrə görə lideri qabaqlamaq mümkün olmayacaq.

Qeyd edək ki, bu, "Zenit"in ümumilikdə 6-cı Rusiya çempionluğudur. Sergey Semakın başçılıq etdiyi komanda sonuncu dəfə 4 il öncə - 2014-2015 mövsümündə Premyer Liqanın qalibi olmuşdu.


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"