Mbappe cəzalandırıldı
Fransa kubokunun finalında “Renn”in futbolçusu Damyen da Silvanın dizinə ayağı ilə bilərəkdən zərbə vuran PSJ-nin hücumçusu Kilian Mbappenin cəzası açıqlanıb.
Qol.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi gənc forvardı 3 oyunluq cəzalandırıb.
Bu isə o deməkdir ki, fransız futbolçu çempionatda "Nitsa", "Anje" və "Dijon"la oyunları buraxacaq.