"Barselona" "Liverpul"u böyük hesabla uddu

"Barselona" "Liverpul"u böyük hesabla uddu
XƏBƏR 2 May 2019 / 00:59 11024
-  A +

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olub.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununda iştirak etmək istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışsa da, meydan sahibləri buna imkan verməyib. Kataloniyalılar 3 cavabsız qolla səfər oyunu öncəsi böyük üstünlük qazanıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.


1 may

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

23:00. "Barselona" - "Liverpul" - 3:0
Qol:
Suares, 26, Messi, 75, 82


30 aprel

"Tottenhem" - "Ayaks" - 0:1
Qol:
Van de Biik, 15

Son xəbərlər