Aquero sensasiyaya imkan vermədi - "Siti" yenidən zirvədə

Aquero sensasiyaya imkan vermədi - "Siti" yenidən zirvədə
DÜNYA FUTBOLU 28 Aprel 2019 / 18:59 4122
-  A +

İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Börnli"nin qonağı olan "Mançester Siti" çətin qələbə qazanıb.

Qol.az-ın məlumatına görə, rəqibini 1:0 hesabı ilə məğlub edən "şəhərlilər" yenidən zirvəni ələ keçiriblər. Pep Qvardiolanın komandasına qələbə qazandıran yeganə qolu 63-cü dəqiqə Serxio Aquero vurub.


28 aprel

"Börnli" - "Mançester Siti"- 0:1
Qol:
Serxio Aquero, 63


Qeyd edək ki, "Mançester Siti" 36 turdan sonra 92 xalla liderdir. Onları 1 xal az toplayan "Liverpul" izləyir. 40 xalı olan "Börnli" isə 15-ci sırada yer alıb.

Son xəbərlər