AFFA-nın baş katibi Elxan Məmmədov ötən il bir sürücünü döydükləri üçün həbs olunan rus futbolçular Aleksandr Kokorin və Pavel Mamayev barədə fikirlərini açıqlayıb.
Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, rusiyalı jurnalistlərlə söhbətində o, bir müddət əvvəl Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyevin də bənzər hadisə ilə üzləşdiyini xatırladıb: “O, belə emosional hərəkətlərə yol verməməlidir. Ortada Kokorin və Mamayevin üzləşdiyi acı bir nümunə var”.
Jurnalistlərdən birinin “Azərbaycanda belə bir hal mümkündürmü” sualına cavab olaraq Elxan Məmmədov deyib: “Xoşbəxtlikdən bənzər hadisə yaşanmayıb. Hesab edirəm ki, onların üzləşdiyi olay fərdi məsələdir. Belə hadisənin o cür futbolçuların başına gəlməsi təəssüf doğurur. Bu oyunçulara uşaqlar baxır. Bizdə də Rusiya millisinin azarkeşi çoxdur. Arzu edərdim ki, həmin futbolçular üçün qara zolaq tezliklə başa çatsın. Amma bu problemi onlar özləri yaradıblar”.
“Sabah”ın 60-cı sülhü
"Arsenal" "Tottenhem"ə 4 qolla qalib gəldi
Morqan Rocers dubl etdi, “Aston Villa” qalib gəldi
"İmişli"nin əzmkar qələbəsi - Video
“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi
"Qorxduğumuz yerdən qollar buraxdıq" - "Neftçi"nin məşqçisi
“Onların səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək" - "İmişli"nin baş məşqçisi
“Roma” baş məşqçisiz meydana çıxacaq
“İmişli”dən “Neftçi” üzərində inamlı qələbə
2-ci liqa: "Quba" 4 qolluq qələbə qazandı
“Qarabağ” Neapola gedir - Şəkillər
“Mançester Yunayted” onun üçün 44 milyon ödəməyə hazırdır
Vinisiusun “Real”dakı gələcəyi sual altındadır
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
1-ci liqada 9-cu turun hakimləri bəlli oldu
"Sabah" - "Şamaxı": Heyətlər
“Qalatasaray”da ciddi itki – derbini buraxacaq
"Napoli"nin "Qarabağ"la oyunqabağı qələbəsi - Video