Essyen yenidən "Stemford Bric"də

Essyen yenidən "Stemford Bric"də
DÜNYA FUTBOLU 17 Aprel 2019 / 10:50 4925
-  A +

“Səbail”in futbolçusu Maykl Essyen dah bir oyuna dəvət alıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, qanalı ulduz futbolçu xeyriyyə matçında iştirak edəcək.  UNICEF-ə dəstək xarakterli görüş iyunun 16-da “Çelsi”nin stadionu "Stemford Bric"də keçiriləcək.

Essyenin yer aldığı dünya yığmasında “Çelsi”də komanda yoldaşları olmuş Didye Droqba və Rikardo Karvalyo da olacaq. Rəqib İngiltərə əfsanələri komandasında isə Frenk Lempard, Co Koul kimi futbolçular yer alacaq.

Qeyd edək ki, Maykl Essyen mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı keçiriləcək görüşə də dəvə alıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı